Türkiyə klinikasında dünyasını dəyişən yeniyetmə Gürcüstana sabah gətiriləcək – Xarici İşlər Nazirliyi
Türkiyə klinikasında dünyasını dəyişən, klinikaya olan borca görə nəşinin xəstəxanadan çıxarılmasına icazə verilməyən yeniyetmə sabah, noyabrın 18-də Gürcüstana gətiriləcək.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Məsələyə ictimai marağın yüksək olması ilə əlaqədar nəzərinizə çatdırırıq ki, sözügedən problemlə bağlı məlumat daxil olduqdan sonra Gürcüstanın Türkiyədəki səfirliyi və Gürcüstanın İstanbuldakı Baş Konsulluğu Gürcüstanın Baş nazirinin tapşırığına
əsasən dərhal problemin həllinə cəlb olunub və həm klinikanın rəhbərliyi, həm də Türkiyə Respublikasının müvafiq qurumları ilə intensiv əlaqə saxlayıb. Bu barədə mərhumun ailə üzvləri və yaxınları məlumatlandırılıb”
, - deyə nazirlikdən bildirilib.

Mariam Qoqiaşvili bir neçə gün əvvəl Türkiyə klinikalarından birində dünyasını dəyişib. Ailə üzvləri onu köçürmək üçün kömək istəyiblər. Ailənin qohumu Sofio Çikvilidzenin bildirdiyinə görə, ailənin sözügedən klinikaya 44 min ABŞ dolları borcu olub və onu ödəmədən klinika dünyasını dəyişən yeniyetmənin Gürcüstana köçürülməsinə icazə verməyib.
Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: klinika Türkiyə
FaceBook Twitter Google