4 həkimin dövlət arayışı dayandırılıb
4 həkimin dövlət arayışı dayandırılıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

"Səhiyyə Nazirliyində Peşəkar İnkişaf Şurasının növbəti iclası keçirilib. İclasda tibbi xidmətin keyfiyyəti ilə bağlı Tibb və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyi tərəfindən araşdırılan 5 məsələ müzakirə edilib və 8 həkimin peşə məsuliyyəti müzakirə edilib. Şuranın qərarı ilə 4 həkimin dövlət arayışının qüvvəsi müxtəlif müddətlərə dayandırılıb.

Peşəkar İnkişaf Şurası həkimlərin peşə fəaliyyətinin hərtərəfli və ətraflı öyrənilməsini təmin edir. Xəstəyə göstərilən tibbi xidmətin keyfiyyətini, tibb işçilərinin mümkün pozuntularını, peşə məsuliyyətlərini və xəstə ilə vicdansız/etik olmayan, qeyri-adekvat rəftar hallarını müzakirə edir.

Vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin öyrənilməsi məqsədilə Peşəkar İnkişaf Şurasının həftədə bir dəfə iclasları keçirilir. Şura üzvləri 2022-ci ildə 285 həkimin peşə məsuliyyətini müzakirə ediblər. Onlardan 210 həkim peşə məsuliyyətinə cəlb edilib, 6 həkimin dövlət şəhadətnaməsi ləğv edilib, 49 həkim isə müxtəlif müddətlərə işdən kənarlaşdırılıb”,
- deyə məlumatda bildirilir.


Print ელ. ფოსტა
თეგები: həkim Səhiyyə Nazirliyi
FaceBook Twitter Google