Kobaxidze: “Milli Hərəkat” zəifləməkdə davam etməlidir və biz bu prosesi asanlaşdıracağıq
İrakli Kobaxidzenin fikrincə, depolarizasiya baxımından əsas açar “Milli Hərəkat”ın zəifləməsindədir və ən əsası odur ki, bu partiya zəifləməlidir ki, ölkəyə və siyasi sistemə zərər verəcək resursları olmasın.

Bu barədə “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze İctimai Yayımçının efirində məlumat verib.

“Məsələn, bizə eyni isti payızı vəd etdilər, amma payızdır, hələ də siyasi baxımdan çox isti
görünmür.

“Milli Hərəkat” nə qədər zəifdirsə, diqqətlə baxsanız, bir o qədər dincdir. Depolarizasiyanın əsas açarı ondan ibarətdir ki, “Milli hərəkat” zəifləməyə davam etməlidir və təbii ki, biz bu prosesi asanlaşdıracağıq.

Bu, son nəticədə bizi depolarizasiyaya aparmalıdır, əks halda biz təbii ki, Vaşadze, Xabeişvili, Caparidze və Xoştariaya arxalana bilmərik”, -
deyə İrakli Kobaxidze bildirib.
Mənbə: Publika

Print ელ. ფოსტა
თეგები: İrakli Kobaxidze Milli Hərəkat
FaceBook Twitter Google