Neftin qiyməti bir barel üçün 90 dollardan aşağı düşdü - Gürcüstanda yanacağın qiyməti nə qədərdir
17 noyabr 2022-ci il tarixli ticarət nəticələrinə görə, London və Nyu-Yorkun dünyanın aparıcı neft birjalarında neftin qiyməti ucuzlaşıb.

O cümlədən, Londonda Inter Continental Exchange Futures Europe (ICE Futures Europe) birjasında Brent markalı neftin qiyməti 89,78 (- 3,08) dollar/barel təşkil edib.

Nyu-Yorkda York Mercantile Exchange (NYMEX) birjasında Light Sweet markalı neftin bir barelinin qiyməti 81,64 (-
3,95) dollar təşkil edib.

Neftin qiymətinin aşağı düşməsi ən böyük neft istehlakçısı olan Çində tələbin zəifləməsi və ABŞ mərkəzi bankının faiz artımı riski ilə əlaqələndirilir.

Gürcüstana gəlincə, Neft İdxalçıları İttifaqının saytında dərc olunan məlumata görə, noyabrın 18-nə brend yanacaqdoldurma məntəqələrində superin qiyməti 3,69-3,90 lari; premium yanacaq 3,22 laridən 3,40 lariyə qədər; requlyar 2,79 laridən 3,24 lariyə qədərdir.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Barel Dollar Neft pul Qiymət
FaceBook Twitter Google