Tbilisidə pitbull azyaşlını parçalayıb - uşağın vəziyyəti ağırdır
Tbilisinin Petriaşvili küçəsində pitbull azyaşlını parçalayıb. 1 yaşınadək uşaq Tsitsişvili klinikasına köçürülüb.

Klinikadan “İnterpressnews”a verilən məlumata görə, uşağın vəziyyəti ağırdır. Hazırda əməliyyat olunur.

Hadisə ilə bağlı sosial şəbəkələrdə də məlumat yayılır.

“Petriaşvili küçəsində bir yaşlı uşağı öz evində pitbull parçalayıb. Onun sağ qalıb-qalmayacağını bilmirlər. Atası onu çətinliklə pitbullun əlindən alıb”,
- hadisə şahidlərindən biri yazıb.


Print ელ. ფოსტა
თეგები: İt dişləməsi klinika Pitbull Uşaq
FaceBook Twitter Google