Yanvar ayından həkimin minimum saatlıq maaşı 7 lari, tibb bacısınınki isə 4,4 lari olacaq
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2023-cü il yanvarın 1-dən həkim və tibb bacıları üçün minimum saatlıq əməkhaqqı müəyyən ediləcək.

Həkimlərin minimum əmək haqqı saatda 7 lari, orta hesabla ayda 1260 lari, tibb bacılarınınkı isə 4,4 lari, orta hesabla ayda 792 lari olacaq.

Nazirliyin məlumatına görə, maaş artımı 9000-ə qədər həkim və 8000-dən çox tibb bacısına şamil olunacaq.

Nazirlikdən verilən məlumata görə, mövcud təcrübəyə əsasən, həkimin əmək haqqı saatda 5,5-6,2 lari arasında dəyişir. Tibb bacılarının və digər tibb işçilərinin minimum əmək haqqının məbləği həkimin maaşı nəzərə alınmaqla müxtəlif faizlərlə müəyyən edilir.

Onların hesabatlarına görə, növbəti illərdə həkim və tibb bacılarının minimum əməkhaqqı həddi mərhələli şəkildə artırılacaq. 2025-ci ilə qədər həkimin minimum əmək haqqı saatda 9 lari, tibb bacısınınki isə 5,6 lari olacaq.
Mənbə: Publika

Print ელ. ფოსტა
თეგები: Səhiyyə Nazirliyi Yanvar
FaceBook Twitter Google