Ermənistan atəşkəsi pozub, Azərbaycan Ordusu cavab tədbirləri görüb – Azərbaycan MN
Ermənistan atəşkəsi pozub, Azərbaycan Ordusu cavab tədbirləri görüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı
silahlardan fasilələrlə atəşə tutub.

"Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb",
– məlumatda deyilir.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google