Qrip peyvəndi noyabrın 30-dək pulsuz olacaq - Nazirlik
Səhiyyə Nazirliyi bildirir ki, mövsümi qrip peyvəndi noyabrın 30-dək hər kəs üçün pulsuz olacaq.

Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 22-də yaydığı məlumata görə, ölkə üzrə mövsümi qripə qarşı peyvənd yaşı 6 aylıqdan yuxarı olan hər kəs üçün pulsuzdur.


“İmmunlaşdırma üzrə dövlət proqramı çərçivəsində Gürcüstan ÜST-nin tövsiyə etdiyi peyvəndlərdən biri olan “Sanofi Pasteur” şirkətinin istehsalı olan dördkomponentli peyvəndin 200 min dozasını alıb”,
- nazirlik bildirib.

Nazirlikdən verilən məlumata görə, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzində sentyabrın sonundan peyvəndlərə başlanılıb və birinci mərhələdə xəstəliyin ağırlaşma riski yüksək olan şəxslərə xidmət göstərilib.

Qurumdan verilən məlumata görə, peyvənd prosesində iştirak edən 400-ə yaxın tibb müəssisəsində arzu edən hər kəsə xidmət göstəriləcək.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Qrip Səhiyyə Nazirliyi Vaksin
FaceBook Twitter Google