Xəzinə istiqrazlarının hərracında nominal dəyəri 90 000 000 lari olan 5 illik qiymətli kağızlar satılıb.
Maliyyə Nazirliyinin xəzinə istiqrazlarının hərracında nominal dəyəri 90 000 000 lari olan 5 illik qiymətli kağızlar satılıb. Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Onların məlumatına görə, hərracda üç kommersiya bankı iştirak edib. Tələb 198 000 000 lari təşkil edib. Minimum faiz dərəcəsi
8,950 faiz, maksimum faiz dərəcəsi 9,047 faiz, orta ölçülmüş faiz dərəcəsi isə 8,992 faiz müəyyən edilib.

Kupon faiz dərəcəsi 9,750 faiz təşkil edib. Kupon ildə 2 dəfə, 6 aydan bir ödəniləcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google