Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalar 26,2% artıb
Yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə yükdaşımalar 540 min ton təşkil edib.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, 2021-ci illə müqayisədə daşınmalar 26,2% və ya 112 min ton artıb.

"Bakı-Tbilisi-Qars dəmir yolu iştirakçı ölkələrə, o cümlədən Avropa məkanına çıxış üçün böyük imkanlar açıb və bu gün qərb marşrutunda böyük potensial yaradır",
- Rüstəmov deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun birinci xəttinin istismarına 2017-ci ildə başlanılıb. Hazırda bu marşrutun uzunluğu 850 kilometrdir.

Mənbə: BPN

Print ელ. ფოსტა
თეგები: Bakı Tbilisi Qars Trend
FaceBook Twitter Google