Qızıl əşyalar, qiymətli daşlar və mobil telefon
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları “Sadaxlı” gömrük-keçid məntəqəsində cinayətin qarşısını alıblar.

Gömrükçülər tərəfindən Ermənistan vətəndaşı A.S.-nin şübhə əsasında həm fiziki, həm də ona məxsus baqajına gömrük baxışı nəticəsində bəyan edilməmiş mallar, o cümlədən: külli miqdarda qızıl-zinət əşyaları, 2490 ədəd müxtəlif ölçülü qiymətli daşlar və
mobil telefon aşkar edilib.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 26561,18 lari təşkil edib.

İş materialları müvafiq tədbirlər görülməsi üçün Maliyyə Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google