Marneulidə “GİPA MEDİA LAB” layihəsi çərçivəsində “GİPADOCU2022” film festivalı keçirilib (FOTO)
27 noyabr tarixində “Marneuli İctimai Kitabxanasında” “GİPA MEDİA LAB” layihəsi çərçivəsində “GİPADOCU2022” film festivalı keçirilib.

Bu barədə “Yeni Düşüncə İnstitutu”-nun həmtəsisçisi Ariz Daşdəmirli “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. Onun sözlərinə görə, kurs ərzində gənclər yerli və ya qlobal səviyyədə problemli mövzular seçib və öyrəndikləri texniki bacarıqlardan istifadə edərək multimedia layihəsi və qısametrajlı film hazırlayıblar. Daha sonra isə “GIPA”-nın təşkil etdiyi “GİPADOCU2022” film festivalı çərçivəsində münsiflərə və ictimaiyyətə təqdim ediblər.

“Layihə çərçivəsində “GİPA” nın mühazirəçiləri və təlimçiləri tərəfindən icma mərkəzlərimizdə yuxarı sinif şagirdlərinə və gənclərə praktiki foto, video çəkiliş və montaj bacarıqları tədris edilir. Kurs ərzində gənclər yerli və ya qlobal səviyyədə problemli mövzular seçir və öyrəndikləri texniki bacarıqlardan istifadə edərək multimedia layihəsi və qısametrajlı film hazırlayıb “GIPA- nın təşkil etdiyi “DOCU” film festivalında münsiflərə və ictimaiyyətə təqdim edirlər. Onların hazırladığı hekayələr münsiflər tərəfindən qiymətləndirilir və qaliblər mükafatlandırılır. Qeyd edim ki, layihə paralel olaraq etnik ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxeti regionunda da həyata keçirilir və sözügedən müsabiqədə hər iki bölgənin gəncləri birlikdə iştirak edirlər. Düşünürəm ki, layihə gənclərin fərdi inkişafına, onlarda vətəndaş şüurunun formalaşmasına ciddi şəkildə dəstək verir. Problemləri analiz etmək, onlara həssas yanaşmaq və ictimaiyyətə çatdırmaq qabiliyyətini artırır. Vurğulamaq istəyirəm ki, artıq üç şagirdimiz bu universitetdə ödənişsiz bakalavr təhsili də əldə edib və bu bizi çox qürurlandırır. Təşkilatımız adından layihənin həyata keçirilməsində əməyi keçən, dəstək olan təşkilatlara və şəxslərə dərin təşəkkürümü bildirirəm”,
– Ariz Daşdəmirli bildirdi.

Ariz Daşdəmirlinin sözlərinə görə, artıq 4 ildir ki, “Yeni Düşüncə İnstitutu” Gürcüstan İctimai İşlər İnstitutunun həyata keçirdiyi “GİPA MEDİA LAB” layihəsinin yerli tərəfdaşıdır.

Müəllif: Gülçin İsmayılova

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google