Marneuli sakinləri ictimai nəqliyyatla tətbiq edilmiş “komendant saatına” qarşı
Marneulidə yaşam axşam saat 7-dən sonra dayanır. Bələdiyyə nəqliyyatı hərəkətini dayandırdıqda və şəhərdə hərəkət etmək üçün tanışların rast olacağı ümidi ilə və ya şəxsi cibimizdən asılı olanda. Kəndlərdə vəziyyət daha ağırdır. Bələdiyyə miqyasında 84 kənd var. Həmin kəndlərə Marneuli meriyasının balansında olan yalnız 21 nəqliyyat vasitəsi hərəkət edir. Xixani kəndi Marneulidən 32 km aralıda yerləşri. Beş ildir ki, əhaliyə bir bələdiyyə nqəliyyatı həftədə dörd dəfə, saat 18:30-a qədər xidmət göstərir. Yerli sakinlər deyirlər ki, nəqliyyat vasitəsi tez-tez sıradan çıxır və hərəkət etməkdə çətinlik çəkir. Yeganə çıxış yolunu indi yerli özünüidarənin reaksiyasında görürlər və bildirirlər ki, yeni, qaydasında işləyən və artırılmış qrafik tələbi ilə bələdiyyəyə məktub hazırlayırlar.

“Qışda donur. Yayda qapalıdır, pəncərələr yoxdur. Yer olmur ki, bazardan aldıqlarımızı yerləşdirək. Çox kiçikdir”, – Xixani sakini Nana Qabaidze bildirdi.

Nana Qabaidze qeyd edir ki, kəndə özəl nəqliyyat da gedirmiş, amma gediş haqqı yüksək olduğu üçün əhali yenə də müqayisədə ucuz olan bələdiyyə nəqliyyatından istifadə etməyə üstünlük verib. Bələdiyyə nəqliyyatı isə yalnız həftədə üç gün işləyir.

“Bazar ertəsi, çərşənbə və cümə günləri nəqliyyat gəlmir, qalan günlərdə var. Amma bu gənclərin istifadə etməsi üçün kifayət deyil. Məsələn, Marneuliyə idman zalına getsinlər”.

Nadir hallarda gəlməsi ilə yanaşı bələdiyyə nəqliyyatı elə vəziyyətdədir ki, tez-tez xarab olur və əksər hallarda iki reys edə bilmi – Şuşana Beridze deyir.

“Nəqliyyat lazımdır. Bəzisinin xəstəsi var, həkimə aparmalıdır. Elementar təqaüd və y asosial yardım almaq üçün bank yoxdur. İstəsək də istəməsək də Marneuliyə qədər getməli oluruq. Yerli özünüiarədən dəstək lazımdır. Hamı daha yaxşı olmağa çalışır və biz də bunu istəyirik”, – Xixani sakini Nodar Qabaidze bildirir.


Xixani nəqliyyatın davamlı hərəkət etmədiyi yeganə kənd deyil. Təkəli əhalisi ən gec Marneulidən saat 6 da çıxa bilər. Əks halda özəl taksiyə minməli və üçqat pul ödəməli olurlar.

“Mənim kəndində nqəliyyat maksimum saat 6-ya kimi işləyir. Amma Marneulidə işimiz gec bitəndə, avtobusa çata bilməyəndə, taksiyə 20 lari ödəməli oluram. Bu isə mənə iqtisadi problem yaradır. 20 lari avtobusla gedəndə 5 günün xərcidir, amma nəqliyyat olmadığına görə, birdəfəlik ödəyirəm”, – Təkəli sakini Gülgün Məmmədli deyir.

Marneuli bələdiyyəsində cəmi iki nəqliyyat şirkəti – “Ekspressturist” MMC və “Avtopark” xidmət göstərir. “Ekspressturist” özəl şirkətdir, “Avtopark” isə bələdiyyənin balansındadır. Saimerlo kəndi Marneulidən 6 km aralıda yerləşir. Marneuliyə yaxın yerləşdiyini nəzərə alsaq hərəkət etmək elə də çətin deyil. Ancaq problem olduqca böyükdür. Qeyd olunan kənddə özəl, eləcə də bələdiyəə avtobusu fərqli qiymətə və fərqli qrafiklə hərəkət edir. Meriyanın balansında olan bir avtobus kifayət deyil, özəl şirkət nəqliyyat isə yaxşı işləmir və bahadır. 

“Əgər bəxtim gətirsə və bələdiyyə nəqliyyatı ilə hərəkət etsəm Marneuliyə qədər 40 tetri ödəyirəm. Özəl marşrutka isə 70 tetridir. Yayda dözülməz qoxu olur, qışda isə soyuq. Bəzisinin tutacağı, bəzisinin oturacaq və pəncərələri yararsızdır”, – Saimerloda yaşayan qadın bildirir. O, gizliliyi qorumaq şərti ilə bizə müsahibə verdi.

“Problem özəl şirkət marşrutlarının özbaşına hərəkət etməsidir. Mənim məhəlləmə gah gəlir gah da gəlmirlər. Bunların qeyri-normal qrafikinə görə, evdən neçə dəfə tez çıxmışam. Amma yenə də işə gecikmişəm. Oradan gələndə isə saat 7 dən sonra heç nə olmur, bəzən saatlarla gözləməli oluram. Çox vaxt marşrut elə dolu olub ki, minməmişəm və yolda qalmışam”.

Özəl şirkət Marneulidə köhnəlmiş nəqliyyatın, yeni qrafiklərin və marşrutun əlavə edilməsini planlaşdır yoxsa yox. Akspressturistin direktoru Yuri Samxaradze ümidveici cavab demir. Bizimlə söhbət zamanı təsidlqədiyi yalnız nəqliyyat vasitələrinin yenilənməsi ilə bağlı işlərin başlanmasıdır.

“Nəqliyyatın yenilənməsi prosesinə başlanılıb, yavaş-yavaş dəyişdiriləcək. Düşünürəm 2023-cü ilin yayında bu problem artıq olmayacaq”, - Yuri Samxaradze bildirdi.

Marneuli meriyasının balansında olan şirkət, “Ekspressturist” MMC-nin rəhbəri Qiqa Calağonia bildirdi ki, indiki mərhələdə şirkətin nə yeni nəqliyyat təyin etmək, nə də yeni qrafik qoymaq imkanı var. Heç Xixani kəndində də planlaşdırılmır, nəqliyyatın həftədə 4 dəfə kəndə getməsinin mövcud vəziyyətdə kifayət olduğunu hesab edir.

“Bizim avtobusların sayı meriyadan, neçəsini alacaqlarından asılıdır. Bizim buna nə hüququmuz var nə də imkanımız. Təxminən, 70 nəqliyyat vasitəsi lazımdır ki, bütün Marneuliyə xidmət göstərilsin. Bizim indiki mərhələdə şəhərdə, eləcə də kəndlərdə 11 xəttimiz var. Necə bacarırırqsa xidmət göstəririk. İmkan olarsa niyə də yox, amma indiki mərhələdə yoxdur”, – Qiqa Calağonia bildirib.

Yerli özünüidarədən Marneuli radiosuna bildirdilər ki, problemin həlli məqsədi ilə ictimai nəqliyyatı mərhələli şəkildə alacaqlar. Məsələn, 2023-cü ildə büdcədə 4 avtobusun alınması üçün pul ayrılıb. 2021-ci ildə yerli özünüidarə beş ədəd avtobusu 1 498 500 lariyə alıb. Eyni miqdarda nəqliyyatın alınması yerli özünüidarəyə 2020-ci ildə 1 311 000 lariyə başa gəlib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google