Marnuli ərazisində soyuq hava davam edəcək
Marnuli ərazisində soyuq hava davam edəcək. 6 dekabr tarixində, gündüz saatlarında Marneuli ərazisində yenə də qar yağacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə buludlu hava müşahidə ediləcək.

Havanın temperaturu gündüz +3 dərəcə isti olacaq, gecə isə -1 dərəcə soyuq qeydə alınacaq.

7 dekabr tarixində bələdiyyə ərazisində gün ərzində buludlu hava müşahidə edilsə də, gecə
hava parçalı buludlu olacağı gözlənilir. Havanın temperaturu gündüz +4 dərəcə, gecə isə -3 dərəcə olacaq.

8 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +3 dərəcə isti, gecə isə -2 dərəcə soyuq müşahidə ediləcək. Bələdiyyədə ərazisində gündüz və gecə saatlarında hava parçalı buludlu olacaq.
Print ელ. ფოსტა
თეგები: Hava haqqında məlumat
FaceBook Twitter Google