Marneuli ərazisində gündüz isti, gecə isə şaxta olacaq
7 dekabr tarixində, gündüz saatlarında Marneuli ərazisində hava parçalı buludlu olacaq. Sinoptiklərin məlumatına görə, gecə saatlarında da bələdiyyədə parçalı buludlu hava müşahidə ediləcək.

Havanın temperaturu gündüz +4 dərəcə isti olacaq, gecə isə -4 dərəcə soyuq qeydə alınacaq.

8 dekabr tarixində bələdiyyə ərazisində gün ərzində günəşli hava müşahidə edilsə də, gecə hava parçalı buludlu olacaq. Havanın temperaturu
gündüz +6 dərəcə isti, gecə isə -1 dərəcə soyuq qeydə alınacaq.

9 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +5 dərəcə isti, gecə isə -1 dərəcə soyuq müşahidə ediləcək. Bələdiyyədə ərazisində gündüz və gecə saatlarında hava parçalı buludlu olacaq.

Print ელ. ფოსტა
თეგები: Hava haqqında məlumat
FaceBook Twitter Google