Heç kəsə Yeni il və Milad bayramlarını məhv etməyə icazə verilməyəcək - Kaladze
“Son bir neçə gündür ki, biz iyrənc siyasi bəyanatlar eşidirik - biz heç kimə imkan verməyəcəyik ki, Tbilisidə Yeni il və Milad şənliklərini qaranlıq, bəd niyyətlərlə məhv etsin”, - Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin dünənki iclasında deyib.

Kaladzenin sözlərinə görə, elə tarixlər var ki, onları xüsusi qeyd etmək lazımdır.

“Təəssüf ki, son bir neçə gün ərzində biz iyrənc siyasi bəyanatlar eşidirik, bunları müzakirə etməyəcəm, bircə şeyi deyə bilərəm - biz heç kimə icazə verməyəcəyik ki, Gürcüstanda, Tbilisidə Yeni il və Milad şənliklərini öz qaranlıq, pis niyyətləri ilə məhv etsinlər. Heç kimə buna hüquq və imkan verilməyəcək. Yeni il və Milad bayramları bu ölkədə yaşayan hər bir insanın səbirsizliklə gözlədiyi bayramlardır”
, - deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, dekabrın 9-da Tbilisidə Yeni il işıqlandırmaları və əsas yolka işıqlandırılacaq.

“Dekabrın 9-da, sabah axşam saat 20:00-da şəhər işıqlandırılacaq və ölkənin əsas yolkasının işıqlandırılması tədbiri keçiriləcək. Mən hər kəsi gəlib bu günün reallığında ən vacib şeylərdən biri olan arzular və sülh haqqında birlikdə düşünməyə dəvət etmək istəyirəm. Hər kəsə, bütün dünyaya sülh və əmin-amanlıq arzulayırıq. Yolka işıqlandırıldıqdan sonra konsert keçiriləcək. Soyuq olduğu üçün isti geyinək. Övladlarınızı, nəvələrinizi gətirin və gəlin, sizi Rustaveli prospektində gözləyirik. Yeni il arzuları dəyişməzdir - mehribanlıq, sevgi, həyat, həmrəylik və əlbəttə ki, sülh”,
- Kaladze bildirib.
___________________________________
Vətəndaşların bəziləri Tbilisinin yeni il şüarı olan “Sülh şəhəri”nə etiraz edirlər. Aksiya dekabrın 9-a da elan edilib.

“Dekabrın 9-da, saat 20:00-da Azadlıq Meydanında, sakrebulonun qarşısına toplaşacağıq və birlikdə görəcəyik ki, meriyası müraciətə nə cavab verəcək – “Sülh şəhəri” yazısının dəyişdirilməsi və ya ləğvi”, – təşkilatçılar bildiriblər.

Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები