Marneuli meriyası yeni il hazırlıqları üçün 404 321 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb
Marneuli yerli özünüidarəsi yeni il üçün yolkanın alınmasını sadələşdirilmiş qaydada planlaşdırır. 7 dekabr tarixində elan olunmuş elektron tender baş tutmayıb. Tenderə görə, Marneuli meriyası yeni il üçün yolka almağı planlaşdırırdı. Meriyanın izahatnaməsinə görə, yolkanın alınması üçün yeni tenderin elan edilməsinə böyük vaxt lazım olduğuna görə, özünüidarə onu sadələşdirilmiş qayda ilə almağı planlaşdırır.

Marneuli yerli özünüidarəsi yeni il üçün yolka alınmasına 70 800 lari ayırıb.

Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, yeni ildə yolkanın işıqlarının yandırılması mərasimi 20 dekabr tarixində keçiriləcək. Mərasimdə konsert də keçiriləcək.

Marneuli meriyası genişmiqyaslı yeni il tədbirlərinin 30 dekabrda keçirilməsini planlaşdırır. Yerli özünüidarə bunun üçün 136 421 lari ayırıb. Özünüidarə qeyd olunan konsert xidmətini də sadələşdirilmiş qaydada almağı planlaşdırır. Meriya yeni il ərəfəsində küçələrin çilçıraqlarla bəzədilməsi işlərini də sadələşdirilmiş qaydada alıb. Bunun üçün 197 100 lari xərclənib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google