Marneulili güləşçilər Kutaisidə keçiriləcək turnirdə iştirak edəcəklər
16-18 dekabr tarixlərində Kutaisi şəhərində dünya və Avropa çempionu Teimuraz Apxazava adına yeniyetmə və gənclər arasında Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirmələri də iştirak edəcəklər. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı məktəbin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev məlumat verdi. Onun sözlərinə görə, yarışa onların məktəbindən altı idmançı
qatılacaq. Onların üçü yeniyetmə, üçü isə uşaq olacaq.

Çempionat 2006-2008 və 2009-2011-ci il təvəllüdlü idmançılar arasında keçiriləcək.

Turnirdə Gürcüstan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Estoniya və Ermənistan güləşçiləri də iştirak edəcəklər.

Qaliblərə medal, diplom və kuboklar təqdim olunacaq.

Turnir Kutaisi meriyası tərəfindən təşkil olunub. Məqsəd Yunan-Roma güləşinin populyarlaşdırılması və idmanın inkişafıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google