Marneulinin üç küçəsində elektrik enerjisinin bərpa edilməsi saat 18:00-da gözlənilir – Energo-Pro
Bu gün, 14 dekabr tarixində səhər saatlarından Marneulinin üç küçəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.

“Energo-Pro-Georgia”nın qaynar xəttindən “Marneuli” radiosuna bildirdilər ki, planlı təmir işləri aparılır və buna görə də şəhərin bir neçə küçəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Şirkətdən bildirirlər ki, elektrik enerjisinin verilməsi saat 18:00-dan bərpa olunacaq.

İndiki mərhələdə Marneuli şəhərinin Kostava, Qamsaxurdia və Rustaveli küçələrində elektrik enerjisinin verilməsi dayandırılıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google