Amiran Qiorqadze və Bələdiyyə Məclisinin digər üzvlərinin qonaqları üçün 17 növ şirniyyat alınıb
Meriya Bələdiyyə Məclisinin sədri və Bələdiyyə Məclisinin digər üzvlərinin qonaqları üçün şirniyyat alıb. Yerli özünüidarə məhsulları sadələşdirilmiş müqavilə əsasında “Kral – XXI” MMC-dən alıb və bunun üçün 678 lari 62 tetri ödəyib. 32 növ məhsuldan əksəriyyəti şirniyyatdır.

“Bildiyiniz kimi, Marneuli Bələdiyyə Məclisinin sədrinin 2022-ci ilin 09 dekabr tarixinə olan sərəncamı əsasında Bələdiyyə Məclisinin sədri və Bələdiyyə Məclisinin digər üzvlərinin qonaqları üçün “Kral – XXI” MMC-dən müxtəlif növ şirniyyatlar alınıb. Xahiş edirik qeyd olunan izahatnaməni meriyaya göndərəsiniz ki, ayrılmış pul köçürülsün”, – sadələşdirilmiş alqı-satqı tenderində yazılıb.

Tenderdə Marneuli Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki və Kompüter Təminatı Şöbəsinin rəhbəri pulun ayrılması üçün meriyaya müraciət edib.

Alınmış məhsullar arasında müxtəlif növ konfetlər, kruasanlar, peçenyelər, bir neçə növ qəhvə və çay var.

Print ელ. ფოსტა
FaceBook Twitter Google