Marneulidə yeni il yolkasının quraşdırılmasına başlanılıb
Marneulidə yeni il yolkasının quraşdırılmasına başlanılıb. Şam ağacı Marneuli meriyasının ərazisində qurulacaq. Yerli özünüidarə yeni yolkanı təcili surətdə, GMG Construction MMC-dən 70 800 lariyə alıb.

Sünii yolkanın texniki xüsusiyyətləri belədir:
  • Hündürlük: Ən az 15 metr
  • Diametr: Ən az 7,5 metr
  • Dəmir karkas
  • Sadə yaşıl
  • Budaqların sayı: ən az 600 ədəd
  • Karkasa bərkidilən budaq
Yeni il yolkasının işıqlarının yandırılması mərasimi 20 dekabrda baş tutacaq. Yolkanın işıqlarının yandırılması mərasimində konsert də baş tutacaq.

Marneuli meriyası 30 dekabrda genişmiqyaslı yeni il tədbirinin keçirilməsini planlaşdırır. Yerli özünüidarə bunun üçün 136 421 lari ayırıb. Özünüidarə həmçinin, qeyd olunan konsert xidmətinin alqı-satqısını da sadələşdirilmiş qaydada həyata keçirməyi planlaşdırır.

Meriya yeni ildə küçələrin çilçıraqlarla bəzədilməsi işlərini də sadələşdirilmiş qayda ilə həyata keçirib və buna görə 197 100 lari xərcələnəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google