Marneulidə gənclərin ehtiyacları
Nərgiz Quliyeva, Aliyə Abdullayeva və Aysu Aşırova Marneulili gənclərd'n biridir. Onlardan ikisi şəhərdə, biri isə Böyük Muğanlı kəndində yaşayır. Qızlar deyirlər ki, bələdiyyədə əyləncə yerləri çatışmamazlığı var. Kino, teatr, qeyri-formal təhsil və istirahət yerləri yoxdur. Aysu Aşırova deyir ki, nəqliyyat da problemdir. Məsələn, Tbilisiyə gedəndə axşam saat 6-da evə qayıtmalı olur.

“Marneulidə, bizim şəhərdə ticarət mərkəzləri
problemi də var. Buradan Tbilisiyə getməli oluruq. Kinoteatr, qadın və qızlar üçün kafe yoxdur. Nələrsə var, amma əsasən kişilər gedirlər və bizim üçün rahat deyil. İncəsənət dərnəkləri də çox deyil. Tbilisidə daha çox əyləncə məkanı var, oraya gedəndə saat 6 da geri qayıtmalı oluruq ki, nəqliyyata çataq”,
- Aysu Aşırova deyir.

Daha bir Marneuli sakini olan Aliyə Abdullayevanın da gənclər üçün məkanla yanaşı nəqliyyat problemi də var.

“Şəhərdə problemlərdən biri avtobusların pis qrafiklə işləməsidir. Gecə saatlarında işləmirlər. İlk növbədə avtobusun hərəkət qrafiki dəyişdirilməlidir”,
- Aliyə Abdullayeva deyir

Şəhərlə müqayisədə gənclərin kənddə daha çox problmei var. Böyük Muğanlı sakini Nərgiz Quliyeva deyir ki, kənddə gənclər üçün məkan faktiki olaraq yoxdur.

“Bizim kənddə problem budur ki, əyləncə yerləri yoxdur. Park da yoxdur. Uşaqlar heç yerdə əylənə bilmirlər. İstəyirəm uşaqlar üçün də bizim üçün də əyləncə yerləri olsun. Elementar olaraq stadion yoxdur ki, futbol oynasınlar”, - Nərgiz Quliyeva deyir.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi gənclər üçün yeni proqram üzərində işləyir. 2023-cü ildən məlum gənclərin hansı xidmətləri ala biləcəyi aydın olacaq. İndiki mərhələdə bələdiyyə nəqliyyat şirkətindən iş saatlarınına artırılmasını müzakirə etmirlər. Nəqliyyatın əlavə edilməsi baxımından isə meriya 2023-cü il büdcəsində 4 yeni avtobusun alınmasını nəzərdə tutub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google