Marneuli ərazisində hava necə olacaq
Bu gün, 16 dekabr tarixində Marneuli ərazisində gündüz saatlarında buludlu hava müşahidə ediləcək. Gün ərzində mülayim şimal küləyi əsəcək. Sinoptiklərin məlumatına görə, gecə saatlarında isə bələdiyyədə hava parçalı buludlu olacaq.

Havanın temperaturu gündüz +12 dərəcə, gecə isə +2 dərəcəni isti olacaq.

Həftə sonu Marenuli bələdiyyəsində hava necə olacaq.

17 dekabr tarixində bələdiyyə ərazisində gündüz və
gecə saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Havanın temperaturu gündüz +10 dərəcə, gecə isə +2 dərəcə isdi qeydə alınacaq.

18 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +11 dərəcə, gecə isə +2 dərəcə isti müşahidə ediləcək. Bələdiyyədə ərazisində gündüz saatlarında günəşli hava höküm sürəcək. Gecə saatlarında isə hava parçalı buludlu olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google