19 dekabrda Marneuli ərazisində hava necə olacaq
19 dekabr tarixində Marneuli ərazisində gündüz saatlarında hava parçalı buludlu olacaq. Gün ərzində mülayim şimal küləyi əsəcək. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə yağış yağacağı gözlənilir.

Havanın temperaturu gündüz +13 dərəcə, gecə isə +5 dərəcə isti olacaq.

20 dekabr tarixində bələdiyyədə gündüz saatlarında da yağış yağacaq. Gecə isə rayonun bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağması
ehtimalı var. Havanın temperaturu gündüz +8 dərəcə, gecə isə +2 dərəcə isdi qeydə alınacaq.

21 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +3 dərəcə isti olacaq, gecə isə -1 dərəcə soyuq müşahidə ediləcək. Bələdiyyədə ərazisində gündüz saatlarında qar yağacağı gözlənilir. Gecə saatlarında isə hava parçalı buludlu olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google