Argentina dünya çempionu oldu - DÇ- 2022
Argentina dünya çempionu olub.

Cənubi amerikalılar Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələrək qalib olublar.

Matçın əsas vaxtında tərəflər hərəyə iki, əlavə vaxtda isə bir dəfə fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb.

Qalibi müəyyən etmək üçün 11 metrlik cəribə zərbələrinə ehtiyac yaranıb.

Burada daha dəqiq oynayan Argentina dünyanın ən güclüsü adına sahib çıxıb.

Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.

Mənbə: oxu.az
Print ელ. ფოსტა
თეგები: Argentina Fransa Futbol Qətər
FaceBook Twitter Google