Marneulidə yeni il yolkasını işıqları sabah yandırılacaq
Marneuli yerli özünüidarəsi 2023-cü ilin gəlişi ilə əlaqədar yeni il yolkasının işıqlarını 20 dekabrda yandıracaq.

“20 dekabrda, çərşənbə axşamı günü Marneuli meriyası sizi meriyanın ərazisinə, əsas yolkasının işıqlarının təntənəli şəkildə yandırılması tədbirinə dəvət edir!” – Marneuli meriyasının bəyanatında qeyd olunub.

Yeni il yolkasının işıqlarının yandırılması mərasimi bələdiyyədə saat 13:00-dan başlayacaq və saat 19:40-a qədər davam
edəcək.

Tədbirlərin qrafikini təqdim edirik:
  • Saat 13:00-18:00 - əl işlərinin və yeni il şirniyyatlarının sərgi-satışı;
  • Saat 13:00-16:00- animasiya filmlərinin nümayişi və məkanlar (Polar Exspres, yeni il nağılı və Klaus);
  • Saat 16:00-18:00 – Musiqili çıxışla animatorlar şousu;
  • Saat 17:00- Şaxta Baba Qar Qızıların köməyi ilə uşaqlara hədiyyələr paylayacaq; Konsert;
  • Saat 18:00-18:20 – Qorinin qızlar komandası – yeni il mahnılarının qarışığı;
  • Saat 18:30 – Yolkanın işıqlarının yandırılması;
  • Saat 18;40-19:40 – Qela Qnolidzenin rəhbərliyi ilə gecə şousu yığması;
  • Saat 19:40 – Atəşfəşanlıq.
Tədbir Marneuli meriyası ərazisində keçiriləcək.

Yerli özünüidarə yeni il yolkasını 70 800 lariyə alıb. Küçələrin çilçıraqla bəzədilməsi 197 100 lariyə, 30 dekabrda planlaşdırılmış yeni il tədbirləri isə 136 421 lariyə başa gələcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google