20 dekabrda Marneuli ərazisində yağış yağacağı gözlənilir
20 dekabr tarixində Marneuli ərazisində gündüz saatlarında yağış yağacağı gözlənilir. Gün ərzində mülayim şimal küləyi əsəcək. Sinoptiklərin məlumatına görə, gecə rayonun bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Havanın temperaturu gündüz +7 dərəcə, gecə isə +2 dərəcə isti olacaq.

21 dekabr tarixində bələdiyyədə gündüz saatlarında qar yağacaq. Axşama doğru isə qarın tədricən kəsiləcəyi gözlənilir.
Gecə saatlarında isə hava parçalı buludlu olacaq. Gecə və səhər dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması ehtimalı var. Havanın temperaturu gündüz +3 dərəcə isti olacaq, gecə isə -3 dərəcə soyuq qeydə alınacaq.

22 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +5 dərəcə isti olacaq, gecə isə -2 dərəcə soyuq müşahidə ediləcək. Səhər saatlarında bələdiyyənin bəzi yerlərində arabir duman olacaq. Gün ərzində hava parçalı buludlu olacaq. Gecə saatlarında da bələdiyyədə havanın parçalı buludlu olacağı gözlənilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google