Marneulidə Rustaveli küçəsində maşınların hərəkəti məhdudlaşdırılıb
Bu gün, 20 dekabr tarixində Marneuli şəhəri Rustaveli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb. Rustaveli küçəsinin Marneuli meriyası ərazisidən keçən hissəsi yeni il yolkasının işıqlarının yandırılması mərasimi ilə əlaqədar olaraq bağlanıb.

Avtomobillər Algeti və Tsereteli istiqamətinə Qiorqadze küçəsindən hərəkət edə biləcəklər.

Bələdiyyədə yeni il yolkasının işıqlarının yandırılması mərasimi saat 13:00-dan başlayacaq və saat 19:40-a qədər davam edəcək.

Tədbirlərin qrafikini təqdim edirik:
  • Saat 13:00-18:00 - əl işlərinin və yeni il şirniyyatlarının sərgi-satışı;
  • Saat 13:00-16:00- animasiya filmlərinin nümayişi və məkanlar (Polar Exspres, yeni il nağılı və Klaus);
  • Saat 16:00-18:00 – Musiqili çıxışla animatorlar şousu;
  • Saat 17:00- Şaxta Baba Qar Qızıların köməyi ilə uşaqlara hədiyyələr paylayacaq; Konsert;
  • Saat 18:00-18:20 – Qorinin qızlar komandası – yeni il mahnılarının qarışığı;
  • Saat 18:30 – Yolkanın işıqlarının yandırılması;
  • Saat 18:40-19:40 – Qela Qnolidzenin rəhbərliyi ilə gecə şousu yığması;
  • Saat 19:40 – Atəşfəşanlıq.
Tədbir Marneuli meriyası ərazisində keçiriləcək.

Yerli özünüidarə yeni il yolkasını 70 800 lariyə alıb. Küçələrin çilçıraqla bəzədilməsi 197 100 lariyə, 30 dekabrda planlaşdırılmış yeni il tədbirləri isə 136 421 lariyə başa gələcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google