21 dekabrda Marneuli ərazisində qar yağacağı gözlənilir
Bu gün, 21 dekabr tarixində Marneuli ərazisində gündüz saatlarında qar yağacağı gözlənilir. Gün ərzində mülayim şimal küləyi əsəcək. Axşama doğru isə qarın tədricən kəsiləcəyi gözlənilir. Gecə saatlarında isə hava parçalı buludlu olacaq. Sinoptiklərin məlumatına görə, gecə və səhər dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Havanın temperaturu gündüz +4 dərəcə isti olacaq, gecə
isə -3 dərəcə soyuq qeydə alınacaq.

22 dekabr tarixində səhər saatlarında bələdiyyənin bəzi yerlərində arabir duman olacaq. Gün ərzində günəşli hava olacaq. Gecə saatlarında bələdiyyədə havanın açıq olacağı gözlənilir. Havanın temperaturu gündüz +5 dərəcə isti olacaq, gecə isə -2 dərəcə soyuq qeydə alınacaq.

23 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +6 dərəcə isti olacaq, gecə isə -2 dərəcə soyuq müşahidə ediləcək. Marneuli ərazisində günəşli hava olacaq. Gecə saatlarında da bələdiyyədə hava açıq olacağı gözlənilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google