Marneul bələdiyyəsinin uşaq bağçalarının əməkdaşlarına bu il pul
mükafatı veriləcək.
Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov
təsdiq edib və bildirib ki, dövlət bütün əməkdaşlara pul mükafatı
köçürüb. Ancaq mükafatın miqdarını konkret qeyd etmir.
“Pulun miqdarını deyə bilmərəm, ancaq mükafatın
olacağını təsdiq edə bilərəm. Öz hesablarında
görəcəklər”, – Kərəmov bildirdi.
Uşaq Bağçaları Birliyi hər ilin sonunda maaşdan əlavə pul mükafatı
verir. Sonuncu dəfə istisna hal 2020-ci ildə olmuşdu və buna səbəb
olaraq pandemiyanı qeyd etmişdilər.
Marneuli bağçalarında yeni il tətili 29 dekabrdan elan olunacaq.
Bağçalar fəaliyyətini 16 yanvarda bərpa edəcək.