Marneuli ərazisində qar yağacağı gözlənilir
9 yanvar tarixində Marneuli ərazisində qar yağacağı gözlənilir. Bəzi ərazilərdə qarın intensiv olacağı ehtimal edilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında da, bələdiyyədə qarlı havanın davam edəcəyi gözlənilir. Gün ərzində mülayim şimal-şərq, şimal küləyi əsəcək. Bəzi ərazilərdə külək arabir güclənəcək. Bələdiyyədə duman olacağı bəzi ərazilərdə qarın intensiv olacağı gözlənilir.

Gündüz +1 dərəcə isti olacaq, gecə isə -3 dərəcə şaxta qeydə alınacaq.

10 yanvar tarixində bələdiyyədə gündüz və gecə saatlarında qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz 0 dərəcəni göstərəcək, gecə isə -2 dərəcə şaxta qeydə alınacaq.

11 yanvar tarixində də Marneulidə soyuq hava müşahidə ediləcək. Gündüz və gecə saatlarında bələdiyyədə qar yağacaq. Gündüz temperatur 0 dərəcəni göstərəcək, gecə isə -3 dərəcə şaxta müşahidə ediləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google