Yeni il gecəsi Marneulidə iki nəfər pirotexnikadan istifadə zamanı xəsarət alıb
Yeni il gecəsi, Marneulidə pirotexnikadan istifadə nəticəsində iki nəfər xəsarət alıb. Onlar Marneulinin “Aversi” klinikasına yerləşdiriliblər. Qeyd olunan klinikadan bildirirlər ki, xəsarət alanlar xəstəxanaya barmaq xəsarəti ilə gətiriliblər.

“İki xəstə əməliyyat olundu. Biri baş barmağından, digəri isə baş və birinci barmağından xəsarət almışdı”, – Aversi klinikasının
meneceri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.

Rəsmi məlumata görə, 31 dekabrdan 3 yanvara qədər 39 vətəndaş pirotexnikadan xəsarət alıb. Onlardan 24 nəfəri xəstəxanaya yerləşdirilməli olub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google