Marneulidə yeni il gecəsi əkizlər dünyaya gəlib
Marneulidə yeni il gecəsi əkiz bacı-qardaş dünyaya gəlib. Uşaqlar “Geo Hospitals” Doğum Evi və Ambulatoiya klinikasında dünyaya gəliblər.

Qeyd olunan tibb müəssisəsindən bildirdilər ki, körpələr hələ də klinikada qalırlar.

Yeni ildə daha bir körpə Marneuli Aversi klinikasında dünyaya gəlib. Aversinin meneceri Manana Kapanadzenin bildirdiyinə görə, 2 yanvarda onların klinikasında bir qız uşağı dünyaya gəlib.

Marneuli
bələdiyyəsində 2022-ci ilin 10 ayı ərzində 1226 uşaq doğulub. Onlardan 679 oğlan, 547 isə qızdır. Statistika yanvar-oktyabr göstəricilərini əks etdirir.

Göstəricilərə görə, Marneuli “Geo Hospitals” Doğum Evində 2022-ci ildə 630 körpə dünyaya gəlib. Onlardan 355 oğlan, 279 isə qızdır.

“Aversi” Doğum Evində 10 ay ərzində 592 uşaq dünyaya gəlib, onlardan 342 oğlan, 264 isə qızdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google