Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı” başlayır.
Prioritetlərin seçilməsi məqsədi ilə 1 fevraldan 15 fevral tarixinə
qədər əhali ilə görüşlər keçiriləcək.
Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan
kəndə dəstək proqramı üçün 2023-cü ildə 1 232 000 lari ayrılıb. Pul
kəndlərə əhalinin sayına əsasən bölünəcək. Hər kənd üçün minimum
məbləğ 10 000, maksimum isə 20 000 lari
təşkil edir.
Kəndlərə uyğun olaraq ümumi toplantının və ya məsləhətləşmənin
tarixini, vaxtını təqdim edirik.





Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı halda
keçirilmiş hesab olunacaq. Nisbətən kiçik kəndlərdə isə ümumi
toplantının 20%-nin imzası qeydə alınacaq.
Marneuli meriyasından bildirirlər ki, əgər kəndinizdə görüşə gedə
bilmirsinizsə, görüş vaxtına qədər öz təşəbbüsünüzü doldurulmuş
xüsusi forma şəklində
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
elektron poçt
ünvanına göndərə bilərsiniz.
“Kəndə dəstək proqramı” Marneulidə 2019-cu ildən keçirilir. Ötən il
17 inzibati vahidlikdə 78 infrastruktur layihəsi maliyyələşdirilib.
Onlardan əksəriyyəti küçə işıqlarının quraşdırılmasını nəzərdə
tuturdu.