Marneuli meriyası 2023-cü ildə yol infrastrukturunun inkişafına 4 597 100 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi 2023-cü ildə yol infrastrukturunun inkişafına 4 597 100 lari xərcləyəcək. Marneulinin 2023-cü il büdcəsinə əsasən, bələdiyyə ərazisində yerli əhəmiyyət daşıyan yolun sahəsi bugünkü vəziyyətdə 540 kvadrat kilometrdir, yol standartlarının isə yalnız 55%-ni qane edir.

“Bələdiyyə yaxın 3-4 ildə ümumi yolların 20 faizini bərpa etməyi planlaşdırır. Eləcə də bərpa edilmiş yollara qulluq göstərilməsinə xüsusi
diqqət yetiriləcək. Bu çuxurların təmiri, qışda duz səpilməsi, eləcə də yollara xətlərin çəkilməsi, işıqforların və sürəti məhdudlaşdıran maneələrin quraşdırılmasını nəzərdə tutur”,
– yol infrastrukturunun inkişafı proqramında qeyd olunub.

Yollarda aparılan təmir və yolların çəkilməsi, bərpası proqramlarına 4 597 100 lari ayrılıb.

Yollarda aparılan təmir işləri proqramına 650 000 lari ayrılıb.

“Proqramın məqsədi bələdiyyədəki bərpa edilmiş yolların keyfiyyətinin qorunub saxlanılmasıdır. Bələdiyyə ərazisində yerli əhəmiyyət daşıyan asfalt yol səthi bugünkü vəziyyətdə qismən sıradan çıxıb, layihənin məqsədi yolun sıradan çıxmış səthinin çuxurların təmir edilməsi, o cümlədən il ərzində yolun hərəkət hissəsinin zədələndiyi təqdirdə nişanlanma boyası ilə operativ şəkildə işarələnməsi, yerin avtoqreyderlə hamarlanması, çatların beton qarışığı ilə doldurulması, zəruri hallarda sürəti məhdudlaşdıran baryerlərin və yol nişanlarının quraşdırılmasıdır”, – proqramın izahatında yazılıb.

Marneuli meriyası 2023-cü ildə yolların çəkilməsi və bərpası proqramı üçün 3 947 100 lari xərcləyəcək. Qeyd olunan pulla Marneuli şəhərində Rustaveli küçəsinin genişmiqyaslı tikinti-bərpası planlaşdırılır.

“Bələdiyyə ərazisində yerli əhəmiyyət daşıyan yol qatının bugünkü vəziyyətdə bir hissəsi sıradan çıxıb. Layihənin məqsədi mərhələli şəkildə yolların tam bərpa edilməsidir. Eləcə də proqram çərçivəsində gələn illərdə bərpa üçün lazım olan layihələrin alınması və bərpa edilmiş layihələrə nəzarət həyata keçiriləcək”, – yolların tikintisi və bərpası proqramında qeyd olunub.

Həmin proqramda Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan Marneuli bələdiyyəsi üçün ayrılmış məbləğin qarşılıqlı maliyyələşdirilməsi də qeyd olunub. Fond tərəfindən Marneulidə 2023-cü ildə 4 layihə həyata keçiriləcək.

Regionlarda Həyata Keçiriləcək Layihələr Fondunun Marneulidə həyata keçirəcəyi layihələrin siyahısını və meriyanın qarşılıqlı maliyyə hissəsini sizə təqdim edirik.
  • Marneulidə, Rustaveli küçəsində yerləşən Durmuşxan Mağalaşvili adına körpünün bərpası – Marneuli meriyasının qarşılıqlı maliyyəsi 94 692 lari;
  • Baydar kəndinin daxili yollarının bərpası – Marneuli meriyasının qarşılıqlı maliyyəsi 18 003 lari;
  • Mollaoğlu kəndində yollara asfalt qatının çəkilməsi – Marneuli meriyasının qarşılıqlı maliyyəsi 15 088 lari;
  • Marneuli şəhəri, Ağmaşenebeli küçəsinin bərpası – Marneuli meriyasının qarşılıqlı maliyyəsi 57 755 lari.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« დეკემბერი 2024 »»
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345