19 yanvarda Marneuli ərazisində günəşli hava müşahidə ediləcək
Bu gün, 19 yanvar tarixində Marneuli ərazisində havanın parçalı buludlu olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, axşam saatlarında bələdiyyədə açıq hava müşahidə ediləcək.

Havanın temperaturu gündüz +9 dərəcə isti olacaq, gecə isə temperatur -3 dərəcəyə qədər enəcək.

Məlumata görə, 20 yanvar tarixində bələdiyyə ərazisində gündüz əsasən günəşli hava qeydə alınacaq. Gecə saatlarında isə havanın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +7 dərəcə istini göstərəcək, gecə isə -1 dərəcə şaxta qeydə alınacaq.

21 yanvar tarixinə gəlincə isə Marneuli ərazisində gündüz qar yağacağı gözlənilir. Gecə saatlarında bələdiyyədə qar və yağış yağacağı ehtimal edilir. Gündüz havanın temperaturu +4 dərəcə olacaq, gecə isə temperatur 0 dərəcəyə qədər enəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google