Marneuli bələdiyyəsi ərazisində qeydiyyatdan keçmiş tələbələrin
nəqliyyat xərclərinə 50 lari həcmində maliyyənin ayrılması üçün
sənədlərin qəbulu 20 mart tarixinə qədər davam edəcək.
Proqramdan yalnız müvafiq hədəf qrupun nümayəndələri yararlana
biləcək. “4+1” proqramı çərçivəsində hazırlıq kursunda təhsil
alanlar və birinci kursun, birinci rübün tələbələri meriyanın
maliyyələşdirməsindən faydalana bilməyəcəklər.
Nəqliyyat xərclərinə dəstək göstəriləcək:
- Aztəminatlı tələbələr (30 000-dək reytinq balı
olanlar);
- Xüsusi ehtiyacı olan tələbə;
- Yüksək akademik iştirakı olan tələbə (Bütün fənlərdən
ən az 91 ballıq qiyməti olan);
- Pedaqoji ixtisas sahəsində təhsil alan (Ən az A,B,C –
akademik balı olan);
- İbtidai sinif pedaqogikası fakültəsinin
tələbəsi;
- Gürcü dili və ədəbiyyatı fakültəsinin
tələbəsi;
- Biologiya fakültəsinin tələbəsi;
- Kimya fakültəsinin tələbəsi;
- Fizika fakültəsinin tələbəsi;
- Tarix fakültəsinin tələbəsi;
- Riyaziyyat fakültəsinin tələbəsi;
- Məcburi qaçqın statusu olan tələbə;
- Çoxuşaqlı ailədən olan tələbə (18 yaşa çatmamış ən azı
3 uşağı olan);
- Ailədə də ən azı 3 tələbəsi olan
tələbələr;
- Veteran övladı olan tələbə;
- Ata-anası olmayan tələbə.
Maliyyə dəstəyi almaq üçün təqdim olunacaq sənədlər:
1. Tələbə maliyyə dəstəyi almaq məqsədi ilə təqdim
etməlidir:
- a) Merin adına yazılmış ərizə;
- b) Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti;
- q) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən kurs və
rüblər də qeyd olunmaqla, fəal tələbə statusu haqqında arayış
(əsli);
- d) Xidmət Agentliyi tərəfindən qeydiyyat yeri haqında (Son 1
ilin göstəriciləri ilə) verilmiş məlumat kartı;
- e) Marneuli bələdiyyəsinin inzibati ərazi vahidliyində merin
nümayəndəsi tərəfindən verilmiş tələbənin yaşayış ünvanında son 1
il ərzində yaşaması faktını təsdiq edən arayış;
- v) Bank rekvizitləri.
2. Tələbə əlavə olaraq təqdim etməlidir:
- a) Aztəminatlı tələbə (30 000-dək reytinq balı olan):
- a.a) Sosial Xidmət Agentliyindən reytinq balının qeyd olunduğu
arayış.
- b) Xüsusi ehtiyacı olan tələbə:
- b.a) Fiziki imkanları məhdud olan şəxs statusunun təsdiq edən
sənədin surəti;
- q) Yüksək akademik iştirakı olan tələbə (Bütün fənlərdə ən az
91 ballıq qiyməti olan):
- q.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən akademik
iştirak (əvvəlki rübün) və rüb ərzində keçirilmiş fənlər haqqında
arayış/məktub (əsli);
- d) Pedaqogika tələbəsi:
- d.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən A,B,C –
akademik balların (əvvəlki rüb) və rübdə keçirilmiş fənlər haqqında
arayış/məktub (əsli);
- e) Məcburi köçkün olan tələbə:
- e.a) Məcburi köçkün statusunu təsdiq edən sənədin surəti;
- v) Çoxuşaqlı ailədən olan tələbə (18 yaşa çatmamış ən azı 3
uşağı olan):
- v.a) Marneuli bələdiyyəsinin inzibati ərazi vahidliyində merin
nümayəndəsi tərəfindən verilmiş ailənin tərkibi və uşağın
valideyni/valideynləri ilə birlikdə yaşaması faktını təsdiq edən
arayış;
- v.b) Valideynin/valideynlərin şəxsiyyət vəsiqəsinin
surəti;
- v.q) Bacı-qardaşların doğum şəhadətnaməsinin surətləri;
- z) Ailədə ən 3 tələbəsi olan tələbə:
- z.a) Xidmətlərin İnkişafı Agentliyi tərəfindən verilmiş
bacı-qardaşların yaşayış yeri haqqında məlumat kartı;
- z.b) Marneuli merinin inzibati ərazi vahidliyindəki nümayəndəsi
tərəfindən ailənin tərkibi haqqında verilmiş arayış;
- z.q) Valideynin/valideynlərin şəxsiyyət vəsiqəsinin
surəti;
- z.d) Bacı-qardaşların doğum və Gürcüstan şəxsiyyət vəsiqəsinin
surətləri;
- z.e) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən, kurs və
rübün qeyd olunması ilə, bacı qardaşların fəal tələbə olduğunu
təsdiq edən arayışlar (əsli);
- t) Veteran övladı (tələbə):
- t.a) Valideynin Gürcüstan şəxsiyyət vəsiqəsinin surəti;
- t.b.) Valideynin veteran statusunu təsdiq edən sənədin
surəti;
- t.q) Doğum şəhadətnaməsinin surəti;
- i) Ata-anası olmayan tələbə:
- i.a) Valideynlərin ölüm şəhadətnaməsinin surətləri;
- i.b) Doğum şəhadətnaməsinin surəti.
3. Proqramdan istifadə edən tələbə, hər rüb başa çatdıqdan
sonra təqdim etməlidir:
- a) Aztəminatlı tələbə (30 000-dək reytinq balı
olan):
- a.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən, kurs və rübün qeyd olunması ilə verilmiş fəal tələbə
statusu haqqında arayış (əsli);
- a.b) Sosial Xidmət Agentliyindən reytinq balları qeyd
olunmaqla verilmiş arayış;
- a.q) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən verilmiş, tələbənin son 5 ay ərzində yaşayış
ünvanında yaşadığını təsdiq edən arayış.
- b) Xüsusi ehtiyacı olan tələbə:
- b.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən, fəal tələbə statusu haqqında, kurs və rüb qeyd
olunmaqla verilmiş arayış (əsli);
- b.q) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşayış ünvanında son 5 ay ərzində
yaşaması faktını təsdiq etməsi haqqında arayış.
- q) Yüksək akademik iştirakı olan tələbə (Bütün
fənlərdən ən az 91 bal qiyməti olan):
- q.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən fəal tələbə statusu haqqında kurs və rüb qeyd olunmaqla
verilmiş arayış (əsli);
- q.b) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən akademik iştirak (əvvəlki rüb) və rübü keçmiş fənn
haqqında verilmiş arayış/məktub (əsli).
- q.q) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşadığı ünvanda son 5 ay ərzində
yaşaması faktını təsdiq edən arayış.
- d) Pedaqogika tələbəsi:
- d.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən fəal tələbə statusu haqqında, kurs və rüb qeyd olunmaqla
verilmiş arayış (əsli);
- d.b) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən
A,B,C – akademik balların (əvvəlki rüb) və rübdə keçirilmiş fənlər
haqqında arayış/məktub (əsli);
- d.q) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşayış ünvanında son 5 ay ərzində
yaşaması faktını təsdiq etməsi haqqında arayış.
- e) Məcburi köçkün olan tələbə:
- e.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən fəal tələbə statusu haqqında, tədris kursu və rüb qeyd
olunmaqla verilmiş arayış (əsli);
- e.b) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşayış ünvanında son 5 ay ərzində
yaşaması faktını təsdiq etməsi haqqında arayış.
- v) Çoxuşaqlı ailədən olan tələbə (18 yaşa çatmamış ən
azı 3 uşağı olan):
- v.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən fəal tələbə statusu haqqında, tədris kursu və rüb qeyd
olunmaqla verilmiş arayış (əsli);
- v.b) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşayış ünvanında son 5 ay ərzində
yaşaması faktını təsdiq etməsi haqqında arayış.
- z) Ailədə ən 3 tələbəsi olan tələbə:
- z.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən fəal tələbə statusu haqqında, kurs və rüb qeyd olunmaqla
verilmiş arayış (əsli);
- z.b) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən,
kursu və rübün qeyd olunması ilə, bacı qardaşların fəal tələbə
olduğunu təsdiq edən arayışlar (əsli);
- z.q) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşayış ünvanında son 5 ay ərzində
yaşaması faktını təsdiq etməsi haqqında arayış.
- t) Veteran övladı (tələbə):
- t.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi
tərəfindən fəal tələbə statusu haqqında, kurs və rüb qeyd olunmaqla
verilmiş arayış (əsli);
- t.b) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşayış ünvanında son 5 ay ərzində
yaşaması faktını təsdiq etməsi haqqında arayış.
- i) Ata-anası olmayan tələbə:
- i.a) Akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən
kurs və rübün qeyd olunması ilə, bacı qardaşların fəal tələbə
olduğunu təsdiq edən arayışlar (əsli);
- i.b) Marneuli merinin inzibati ərazi vahidliyindəki
nümayəndəsi tərəfindən tələbənin yaşayış ünvanında son 5 ay ərzində
yaşaması faktını təsdiq etməsi haqqında arayış.
Maraqlanan şəxslər cari ilin 20 mart tarixinə qədər qərarla nəzərdə
tutulmuş sənədlərlə yanaşı ərizəni Marneuli meriyasının
dəftərxanasına verməli və ya bələdiyyənin rəsmi elektron poçt
ünvanına gpndərməlidirlər:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it