Bu gün Marneuli ərazisində hava necə olacaq
Bu gün, 20 yanvar tarixində Marneuli ərazisində parçalı buludlu olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə hava parçalı buludlu olacaq.

Havanın temperaturu gündüz +8 dərəcə isti olacaq, gecə isə temperatur -1 dərəcəyə qədər enəcək.

Məlumata görə, 21 yanvar tarixində bələdiyyə ərazisində gündüz havanın əsasən dəyişkən buludlu olacağı gözlənilir. Gecə saatlarında isə yağış və sulu qar yağacağı ehtimal edilir. Gündüz havanın temperaturu +4 dərəcə, gecə isə 1 dərəcə isti olacaq.

22 yanvar tarixinə gəlincə isə Marneuli ərazisində gündüz qar yağacağı gözlənilir. Axşama doğru bələdiyyədə qarın tədricən kəsəcəyi gözlənilir. Gecə Marneuli ərazisində buludlu hava höküm sürəcək. Gündüz havanın temperaturu +5 dərəcə istini göstərəcək, gecə isə temperatur 0 dərəcəyə qədər enəcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google