Marneulinin gerbindəki simvolların nə demək olduğunu bilirsinizmi?
Üç aslan, üç dağ, qala və körpü – bu Marneuli bələdiyyəsinin gerbində təsvir edilmiş simvollardır.

“Marneuli” radiosu heraldika üzrə mütəxəssis Davit Kldiaşvili ilə əlaqə saxladı. O, Marneulinin gerbində təsvir edilmiş simvolların nə demək olduğunu açıqladı. Onun sözlərinə görə, ümumiyyətlə, gerblərə onun yaradıldığı ərazilərə məxsus simvollar daxil edilir.

“Marneuli bələdiyyəsinin gerbinə yuxarıdan aşağı nəzər salsanız, görərsiniz ki,
orada üç aslan təsvir olunub, onun aşağısında isə üç dağ simvolu var. Tarixən, Vaxuşti Baqrationi də yazıb ki, Marneulidə və onun ərazilərində “Lomtaqora” adlı yer var idi, gerbdə məhz bu təsvir olunub. Heraldikada belə qövslərlə dağ təsvir olunub və ona görə üç dənədir ki, üç aslan var. Aslan dağı deyil, aslanlar dağıdır. Heraldikada da belədir, fiqur ya bir, ya üç olmalıdır və ona görə üç aslan təsvir olunub. Aşağıda körpü təsvir olunub. Körpü ümumiyyətlə əlaqənin, münasibətin simvoludur. Bu əlaqə xalqlar, müxtəlif ictimaiyyətlər, ölkələr, şəhərlər və s. arasında ola bilər. Burada mədəni, iqtisadi əlaqələr də nəzərdə tutulur. Körpünün qırmızı rəngdə olması isə, bilirik ki, Marneulidə “Qırmızı Körpü” var və məhz buna görə gerbdə körpü qırmızı rəngdə təsvir olunub. Marneuli gerbinin açıqlaması belədir. Ümumilikdə, üç aslan və dağlar təsvir olunub. Bu isə Aslanlar dağından gəlir və aşağıda əlaqələrin, münasibətlərin işarəsi olan körpü təsvir olunub”,
– Davit Kldiaşvili bildirdi.

Heraldika üzrə mütəxəssisin açıqlamasına görə, gerblərdə təsvir edilmiş rənglərin müxtəlif əhəmiyyəti var. Rənglər ənənəvi rənglərə uyğun olaraq təsvir olunmalıdır.

“Kartlinin bayrağında qırmızı rəng var idi. Ümumilikdə dörd bayraq və hər birinin öz rəngi var. Görünür, qırmızı rəngli bayrağa bu ərazi daxil idi və ona görə bu rəngdən istifadə olunub. Ancaq körpü ilə bağlı, bunun “Qırmızı Körpüdən” irəli gəlməsi təbiidir və ona görə qırmızı rəng seçilib.”

Gerbin yuxarı hissəsində qala təsvir olunub və şəhərin simvolik tacıdır. Davit Kldiaşvilinin açıqlamasına görə, bu gerbin hansısa şəxsə deyil, şəhərə məxsus olduğunu göstərir. Qüllələrin sayına gəldikdə isə heraldika üzrə mütəxəssisin sözlərinə görə, bu şəhərin və ya bələdiyyənin ərazi miqyaslarını göstərir. Onun sözlərinə görə, Gürcüstanda Tbilisi, Kutaisi, Batumini istisna etsək, şəhərlərin əksəriyyətinin eyni böyüklükdə olmasına görə, gerblərdə təsvir olunmuş qüllələrin sayı da bütün bələdiyyələrdə demək olar eynidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google