Gənclər və özünüidarə arasında yadlaşmaya nə səbəb olur – araşdırma
Bu gün, 23 yanvar tarixində Marneulidə “Marneuli bələdiyyəsinin 2022-ci ilin büdcəsinin gənclərin ehtiyacları kontekstində analizi” araşdırmasının təqdimatı keçirilib. Müəlliflər araşdırma çərçivəsində müəyyən edilən əsas nailiyyətləri ictimaiyyətə təqdim ediblər. Layihənin araşdırmaçıları və “Tərəqqi üçün prevensiya” təşkilatının sədri Natalia Tsiqarelinin sözlərinə görə, tədqiqatın məqsədi Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsinin araşdırılması idi.

“Tədqiqatın məqsədi 2022-ci il büdcəsinin araşdırılması idi. Büdcədə gənclərin ehtiyaclarının nəzərə alınması real olaraq, nə dərəcədə gənclərin ehtiyaclarına cavab verir və büdcənin tərtib edilməsi prosesinə gənclər nə dərəcədə qoşulublar, onların səsi, ehtiyacları nə dərəcədə eşidilirdi. Nailiyyətlərə gəlincə, aydındır ki, gənclərə dəstək olacaq büdcə vəsaitinin artırılması lazımdır. Çünki ehtiyaclar hazırda onların təmin edilməsi imkanlarından daha çoxdur. Gəncləri narahat edən məsələlər var və hazırda, təəssüf ki, büdcənin maddi tərəfi onları əhatə edə bilmir”.

Natalia Tsaqarelinin sözlərinə görə, yaxşı olardı ki, bələdiyyə tərəfindən gənclərlə əməkdaşlıq artırılsın. Onun sözlərinə görə, Marneulidə Gənclər Şurası olsa da, onun fəaliyyəti normal olmayıb və müvafiq olaraq, gənclərin səsi bələdiyyəyə çatmır.

“Demək olar ki, bələdiyyənin də bunda müəyyən qədər töhfəsi var. Çünki müsahiblərin bir qismi qeyd etdi ki, bələdiyyə tərəfindən iştirak üçün hazırlıq yoxdur, heç məlumatlandırmanın keyfiyyəti də yüksək deyil. Bunlar hamısı gənclərlə özünüidarə arasında yadlaşmaya səbəb olur”.

Araşdırmanın əsas nailiyyətlərini və tövsiyələri sizə təqdim edirik:
  • Gənclərin ehtiyacları üçün nəzərdə tutulmuş xərclər 2022-ci ilin vahid büdcəsinin yalnız 0,215%-ni təşkil edirdi;
  • Gənclər üçün nəzərdə tutulmuş fəaliyyətlər qismən mədəni və idman fəaliyyət proqramlarını da əhatə edirdi, ancaq qızların iştirakı aşağıdır;
  • Gənclər üçün nəzərdə tutulmuş proqramlar çərçivəsində yalnız üç istiqamətdə – tələbələrin gediş haqqına dəstək, uğurlu tələbələrə meriya tərəfindən mükafat verilməsi, gənc ideyalar müsabiqəsi istiqamətində dəstək nəzərdə tutulub. Ancaq ümumiyyətlə, gənclərin ehtiyacları qeyd olunan komponentlərdən kifayət qədər kənara çıxır və daha geniş şəkildə təqdim olunmalıdır.;
  • Büdcənin planlaşdırılması prosesində əhali, xüsusilə də gənclərlə dialoq tam təmin edilməyib;
  • Özünüidarənin hesabatlılıq keyfiyyəti aşağıdır, ərizələrə cavabların gecikdirilməsi halları tez-tez baş verir, vətəndaşların, eləcə də gənclərin hesabatın müzakirəsinə, Bələdiyyə Məclisi və ya komissiyaların iclaslarında iştirakı həvəsləndirimir, büdcənin ictimai müzakirəsi təşkil edilmir, Bələdiyyə Məclisinin üzvləri tərəfindən hesabatlar təqdim olunmur, əhali hesabatın müzakirəsində iştirak etmir;
  • Gənclərin yerli özünüidarə üçün fəaliyyəti mühüm deyil, gənclərin yerli hakimiyyətlə konstruktiv dialoqa ümidləri yoxdur, onlar əmindirlər ki, onların fikirləri, təklifləri özünüidarənin qərarına təsir göstərməyəcək;
  • Müsahiblərin əksəriyyəti etnik azlıqlar və etnik gürcülərin məskunlaşdığı kəndlərin inkişaf etdirilməsi imkanlarını bərabər qiymətləndirmir. Onların sözlərinə görə, gürcü kəndlərində olan infrastruktur və ya xidmtələrin əlçatanlığı digər kəndlərdə olan vəziyyətdən kifayət qədər yaxşıdır;
  • Marneuli bələdiyyəsinin məktəbləri, əsasən gənclərə dövlət dilinin tədrisini təmin edə bilmir, bu isə onlara sonrakı təhsil mərhələsində mane olur və azlıq nümayəndələrinin təcridinə təsir edir, onların inteqrasiya məsələsini çətinləşdirir;
  • Gənclər qarşısında olan prioritetlər arasında gürcü dili tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, nəqliyyat məsələsinin həlli, gənclər üçün qeyri-formal təhsil məkanlarının və kitabxanaların yaradılması, parkların, kino, teatr, icma mərkəzlərinin regionun müxtəlif kəndləri üçün əlçatan olması, etnik azlıqların inteqrasiyası baxımından başqa regionlarla mübadilə düşərgələri, qeyri-formal fəaliyyətlərin planlaşdırılması, uşaq bağçalarının fəaliyyəti, idman dərnəklərinin bütün kəndlərdə əlçatan olması, idman növləri, müvafiq infrastrukturun qızların ehtiyaclarına uyğun olması kimi məsələlər müəyyən edilib;
  • Qadınlar, eləcə də qızlar ictimai həyata az qoşulublar. Onların qərarların qəbulu prosesində iştirakı kişilərlə müqayisədə daha aşağı səviyyədədir, qadınlar üçün özünüidarə orqanlarının prioritetlərinə düşməmələri və onların səsinin qərar qəbul edən şəxslərə daha az çatması mühüm problemdir.
  • Qeyd etmək lazımdır ki, idman infrastrukutunun inkişafı və mədəni tədbirlərin təşkili xərclərinin 2023-cü il büdcəsində artırılması alqışlanmalıdır. Bu qismən də olsa, gənclərin maraqlarına xidmət göstərir, yeni idman meydançalarının, mədəni tədbirlərin təmin edilməsi ilə gənclərin sağlam həyat tərzinə, mədəni fəaliyyətlərə qoşulmasına dəstək olur;
  • Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsi ilə müqayisədə 2023-cü ildə idman sahəsinin inkişafı üçün ayrılmış maliyyə artırılıb. Bu maliyyə əsasən , 82% gənclərə istiqamətlənib.
Araşdırma “Marneuli gəncləri dəyişikliklər üçün” layihəsi çərçivəsində həyata keçirilib. Layihə “Tərəqqi üçün prevensiya” (PFP) qeyri-hökumət təşkilatı tərəfindən “Mülki Məşğulluq və Aktivizm Mərkəzi (CEAC)” ilə əməkdaşlıqla, “Müharibə və Sülhün İşıqlandırılması İnstitutunun (IWPR)” maddi dəstəyi ilə həyata keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google