Bu gün Marneuli ərazisində hava necə olacaq
Bu gün, 24 yanvar tarixində Marneuli ərazisində gündüz saatlarında hava parçalı buludlu olacaq. Sinoptiklərin məlumatına görə, gecə saatlarında da bələdiyyədə havanın parçalı buludlu olacağı gözlənilir.

Havanın temperaturu gündüz +6 dərəcə isti olacaq, gecə isə temperatur -3 dərəcəyə qədər enəcək.

Məlumata görə, 25 yanvar tarixində bələdiyyə ərazisində gündüz saatlarında parçalı buludlu hava qeydə alınacaq. Gecə saatlarında bələdiyyədə açıq hava olacaq. Gündüz temperatur +6 dərəcə isi olacaq, gecə isə -5 dərəcə şaxta olacaq.

26 yanvar tarixinə gəlincə isə Marneuli ərazisində gündüz havanın günəşli olacağı gözlənilir. Gecə isə bələdiyyə ərazisində açıq hava olacaq. Gündüz havanın temperaturu +6 dərəcə istini göstərəcək, gecə isə temperatur -4 dərəcəyə qədər enəcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google