İndiki mərhələdə Marneulidə 20-yə yaxın aztəminatlı ailə odun alıb
Marneuli meriyası 20-yə yaxın aztəminatlı ailəyə budanma nəticəsində əldə olunmuş odun paylayıb.

Yanacaq vasitəsi ərizə əsasında verilir. “Təmiz Marneulinin” direktoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 20-dən artıq ərizə qəbul ediblər, ancaq odun mərhələli şəkildə verilir. Proses fevralın sonuna qədər davam edəcək.

“Gündəlik işləyirik, ağacların budanması fevralın sonuna qədər davam edəcək. Çox ərizə verilib, amma gündə iki ya üç ailəyə verə bilirik. Hər ailəyə iki kub metr odun veririk”, – Leri Mumladze bildirdi.

Hələ ki, neçə ailəyə odun veriləcəyi məlum deyil. 2021-ci ilin göstəricilərinə görə, təxminən 100 ailəyə budanma nəticəsində əldə edilmiş odun verilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google