Şəxsiyyət vəsiqələrində “milliyyət” qrafasını kim ləğv edib
Davit Zurabişvili Parlamentin deputatı İaqo Xviçianın “Gürcüstanın doğuşu” adlı müəllif verilişində şəxsiyyət vəsiqələrində “milliyət” qrafasının necə dəyişməsini xatırlayır.
Davit Zurabişvilinin fikrincə, gürcü liberalizmi Zviad Qamsaxurdianın siyasətinə əks olaraq meydana çıxdı.

Bunlar Qamsaxurdianın milliyyətçiliyini bəyənməyən adamlar idilər. Misal üçün, etnik azlıqlara qarşı yanaşma”, – Zurabaşvili bildirib.
Onun sözlərinə görə, həmin dövrdə Gürcüstanda ermənilərə, azərbaycanlılara, osetinlərə qarşı diskriminasiya münasibəti var idi. Bu ideologiyaya qarşı çıxan qərb əhval-ruhiyyəli adamlar həmin dövrdə gürcü liberal dəyərlərinin daşıyıcısı idilər.

“Əvvəllər şəxsiyyət vəsiqəsində etnik mənsubiyyət qeyd olunurdu. Müstəqil dövlətik və hesab edirəm ki, bu bəndin mövcud olması tam cəfəngiyat idi. Gürcüstan vətəndaşına ermənidir, azərbaycanlıdır, gürcüdür, osetindir deyə niyə yazmalısan? Nə əhəmiyyəti var? Hamı Gürcüstan vətəndaşıdır. Dövlət bununla maraqlanmalı idi. Amma Sovet klişesi, etno-millətçilik o qədər güclü idi ki, misal üçün, bu kampaniyanı başlayan Quram Şaradze ,“İlk növbədə Gürcüstan” təşkilatı təşəbbüslə irəli çıxırdı ki, pasportda milliyyət qrafasını bərpa edək. Pasportda və şəxsiyyət vəsiqəsində milliyyət yazılsın. Bu mövzuda çox debatlar oldu. Zamanında ləğv etmə necə baş verdi? Parlamentin Hüquq Komitəsi ləğv etdi. Həmin Hüquq Komitəsinin sədri Saakaşvili idi. Təşşəbüskar isə Hüquq Komitəsi Aparatının sədri Koba Davitaşvili idi. Hüquq Komitəsinin sədri Saakaşvilinin müavini isə Nino Burcanadze idi. “Milliyyət” qrafasının sənədlərdə ləğv edilməsi bu üç adamın xidmətidir. Sonradan Şaradze bərpa məsələsini qaldıranda yazıçıların bir ismi, köhnə ziyalıların bir hissəsi ona qoşuldu. Onlar bu mövqedən çıxış edirdilər ki, “mən gürcüyəm və istəyirəm vəsiqəmdə gürcü olduğum yazılsın!” Liberal ritorika buna qarşı işləmədi. Hamı qanun qarşısında bərabərdir məsələsi də işləmədi. Əvəzində isə yaxşı işləyən bu oldu: Koba Davitaşvili polemikalardan birində bildirdi və bu əsas arqument oldu. Davit Ağmaşenebelinin pasportunda etnik mənsubiyyəti yazılsaydı, indi Qıpçaq Muxtar Respublikası var idi. Biz dövlətiksə, hamımız gürcüyük. Və gürcü olmayanın, vətəndaşlıq baxımından gürcüyə çevrilməsi heç də yaxşı deyil. Bunu başa düşdülər.

Davit Zurabişvilinin sözlərinə görə, bu mövzu liberalizm və bir az da millətçilik nöqteyi-nəzərindən izah edilib. Ancaq Koba Davitaşvili məhz bu arqumentlə bu məsələni Parlamentin deputatları ilə həll edə bilib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google