“Biz Azərbaycanın diplomatik missiyasına hücumu
qətiyyətlə pisləyirik və bu çətin zamanda qardaş Azərbaycan xalqına
dəstəyimizi bildiririk”.
Bu barədə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Zurab Pataradze bildirib.
“Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi
adından, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı
hücum nəticəsində səfirliyin əməkdaşının qətlə yetirilməsi ilə
əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir, hücum nəticəsində yaralananlara şəfa
diləyirik”, – diplomat qeyd edib.
Mənbə: apa.az