Marneuli yerli özünüidarəsi dəftərxana ləvazimatları almaq üçün
təkrar tender elan edib.
Meriya birinci tenderi 2022-ci ilin 25 noyabr tarixində elan
etmişdi. Həmin tenderə görə, yerli özünüidarə 25 227 lari
xərcləməyi planlaşdırırdı.
Tenderdə iki şirkət iştirak edib. Buna baxmayaraq elektron
alqı-satqı baş tutmamışdı və yenidən tender elan etmək ehtiyacı
yaranıb.
Marneuli meriyası mexaniki karandaşlar, ehtiyat karandaş,
diyircəkli qələmlər, pozan, karandaş itiləyən, dəftərxana
ləvazimatları, təqvimlər, stepler və stepler simləri, kağız
sancaqları, knopkalar, dəftərxana qısqacları, maqnitli lövhə
silgiləri, markerlər, korreksiya ağardıcıları, mürəkkəb, özü
qatlanan kağızlar, masa rəfləri və orqanayzerlər, antisteplerlər,
dəlgeclər, sənədlərin yığılması üçün qovluqlar, dəftərxana
bıçaqları, zərflər, flipçart kağızları və lövhələrin alınması üçün
2023-cü ilin 10 fevral tarixindəyenidən 25 227 lari dəyərində
tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 18 fevraldan 20 fevrala
qədər öz təkliflərini təqdim edə bilərlər.