Bizim əziz həmvətənlərimizin Novruz bayramını təbrik edirəm – Baş nazir Marneuliyə gəlib
13:04 / 21.03.2023
Bu gün, 21 mart tarixində Marneulidə Novruz bayramı qeyd olunur.
Marneuli meriya ərazisində sərgi məkanları qurulmuşdu, mədəni və
idman tədbirləri həyata keçirilib. Bu gün Novruz bayramını qeyd
etmək üçün Baş nazir İrakli Qaribaşvili Marneuliyə gəlib. Baş nazir
sərgi məkanlarını nəzərdən keçirib, tonqalı yandırıb, mediaya
müsahibə verib və sonra Marneulini tərk edib.
“Hamınızı bu gün münasibəti ilə təbrik edirəm. Bizim
əziz həmvətənlərimizin, etnik azərbaycanlı vətəndaşlarımızın Novruz
bayramını təbrik edirəm. Bizim Türkiyədəki, Azərbaycandakı, hər
yerdə olan qardaşlarımızı təbrik edirəm. Bizim vətəndaşlarımıza
sülh, firavanlıq, bərəkət, sevinc, stabillik və hər şeyin ən
yaxşısını arzulayıram. Bizim həmvətənlərimizə bunları arzu edirəm.
Mən azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş insanlara böyük
hörmətimi, sevgimi bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki,
bugünkü gün sülhlə, firavanlıqla, sevinclə əks olunur. Bu gün bizim
xalq, ölkəmizə bu lazımdır”, – İrakli Qaribaşvili
bildirib.
Gürcüstanın Baş naziri yarım saat ərzində Marneulidə Novruz
bayramında olub, sonra isə bələdiyyəni tərk edib.
Bu il Novruz bayramı qala konsert olmadan qeyd olunub. Meriya
formatın dəyişdirilməsini Türkiyədə baş vermiş zəlzələ ilə
əlaqələndirib.
“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci
hissəsi, “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi
ölkələrdə isə yeni ildir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir.
Xüsusilə bu gün üçün üç cür şirniyyat, şəkərbura, qoğal, paxlava
bişirilir. Eləcə də yumurtalar qırmızı boyanır və səməni ətrafına
düzülür.
21 marta qədər Novruz bayramının dörd çərşənbəsi qeyd olunur. Bu
etnik azlıqların kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün
mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.
Qeyd edək ki, Novruzun qeyd olunma qaydasına “Pələng dərisi geymiş
pəhləvanda” da rast gəlinir.