Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Sadaxlı kəndində iki
məntəqəyə daxili yol çəkəcək.
Marneuli meriyası Sadaxlıda daxili yolların bərpa işləri üçün 526
863 lari dəyərində tender elan edib.
Sadaxlıda daxili yolların çəkilməsi üçün nəzərdə tutulmuş vəsait
tam olaraq Marneuli bələdiyyə büdcəsindən ayrılıb.
“İşləri yerinə yetirən Gürcüstan qanunvericiliyi ilə
nəzərdə tutulmuş müvafiq tikinti və ətraf mühitin mühafizəsi
normaları, qaydalarını qorumaqla, smeta sənədlərinə uyğun olaraq
işləri yerinə yetirməlidir. Həyata keçirilmiş işlərin keyfiyyət
zəmanəti müddəti yekun təhvil-təslim aktının bağlanmasından 3 (üç)
il təşkil edir”, – Sadaxlıda daxili yolların
salınması tenderində qeyd olunub.
Yerli özünüidarə işlərin həyata keçirilməsi üçün tenderi 30 mart
tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 15
apreldən 20 aprelə qədər öz təkliflərini göndərə bilərlər. Tenderdə
qalib gələn şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri
həyata keçirməli olacaq.