Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Dəmyə-Görarxı kəndində
daxili yolların bərpa işləri üçün tender elan edib.
Dəmyə-Görarxının küçələrinə asfalt qatının çəkilməsi layihəsinə
görə, layihədə nəzərdə tutulan daxili yol 5 hissəyə bölünür.
“Mövcud yol örtüyü qum-çınqıl qarışığı şəklindədir.
Yolun hərəkət hissəsi və kənarları tikinti tullantılarından və
yağışlar nəticəsində uçurulmuş daş qalıqlarından təmizlənməlidir.
Yolun layihəsi nəzərə alınan zaman yol örtüyünün mövcud vəziyyəti
və onun geotexniki göstəriciləri nəzərə alınıb. Tələb olunan
yükgötürməyə nail olmaq üçün texniki tapşırıq və sifarişci ilə
razılaşma əsasında asfalt-beton yol qatının konstruksiyasi qəbul
olunub”, – Dəmyə-Görarxı kəndinin daxili yollarına
asfalt qatının çəkilməsi layihəsində qeyd olunub.
Marneuli meriyası Dəmyə-Görarxıda daxili yolların çəkilməsini 531
053 lariyə planlaşdırır. Yerli özünüidarə işləri həyata keçirmək
üçün 30 mart tarixində tender elan edib. Tenderdə iştirak etmək
istəyən şirkətlər 15 apreldən 20 aprelə qədər öz təkliflərini
göndərə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan
90 gün ərzində işləri həyata keçirməli olacaq.