Gürcüstan Milli Statistika Xidməti 2022-ci ilin statistik
göstəricilərini yayımlayıb.
Müxtəlif məlumatlar hazırlanıb və hər bələdiyyəni əhatə edir.
2023-cü ilin 1 yanvarına olan məlumatlara görə, Marneuli
bələdiyyəsi miqyasında 18 032 nəfər təqaüd alır. Qeyd edək ki, bu
say bələdiyyədə təqaüd alanların rekord göstəricisidir. Statistik
göstəricilər 2012-ci ildən 2022-ci ilə qədər olan dövrü əhatə edir.
Hər il Marneuli
bələdiyyəsində təqaüd alanların sayı artıb.
Marneuli bələdiyyəsində illərə görə təqaüd alanların sayını sizə
təqdim edirik:
- 2012-ci il - 12 386 təqaüdçü
- 2013-cü il - 12 662 təqaüdçü
- 2014-cü il - 13 013 təqaüdçü
- 2015-ci il - 13 406 təqaüdçü
- 2016-cı il - 13 934 təqaüdçü
- 2017-ci il - 14 542 təqaüdçü
- 2018-ci il - 15 213 təqaüdçü
- 2019 –cu il - 15 973 təqaüdçü
- 2020 –ci il - 16 780 təqaüdçü
- 2021-ci il - 17 404 təqaüdçü
- 2022 –ci il - 18 032 təqaüdçü
Gürcüstan Milli Statistika Xidməti tərəfindən yayımlanmış
məlumatlara görə, Marneuli əhalisinin sayı 107 500 nəfər təşkil
edir.