Marneuli meriyasının birinci mərtəbəsi təmir işlərinə görə bağlanıb
Marneuli meiryası binasının bərpasına başlanılıb. Əsas giriş bağlanıb və dəftərxana otağı boşaldılıb. Yerli özünüidarədən “Marneuli” radiosuna bildiriblər ki, iş prosesi əhaliyə mane olmayacaq və onlar adi rejimdə xidmətdən yararlana biləcəklər. Marneuli meriyasının İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdelani bizimlə söhbət zamanı bildirdi ki, özünüidarənin iki ehtiyat qapısı var, buradan əməkdaşların və əhalinin içəri girməsi mümkündür. Dəftərxana müvəqqəti olaraq yenidən birinci mərtəbədə, başqa otaqda fəaliyyətinə davam edir.

“İndiki mərhələdə dəftərxana xidməti başqa otaqdadır. Meriya binasında iki ehtiyat qapı var və bir tərəfdən fiziki imkanları məhdud şəxslər üçün müvəqqəti pandus düzəldiləcək. Ona qədər isə dəftərxana birinci mərtəbədə olacaq ki, vətəndaşların qəbulu, dəftərxana məktubları və başqa şeylərə maneə yaranmasın. İşlərin avqustun sonunda başa çatdırılması planlaşdırılır”, – Beka Abdelani bildirdi.

Marneuli meriyası binasının bərpası/yenidənqurması 315 000 lariyə başa gələcək.

Layihədə birinci mərtəbədə əhali ilə ünsiyyət prosesinin asanlaşdırılması məqsədi ilə dəftərxana otağı sahəsinin genişləndirilməsi və aralıq bənd ilə sahənin bölünməsi nəzərdə tutulur. Eləcə də birinci mərtəbədə dəhliz divarlarının boyanması, qapıların dəyişdirilməsi planlaşdırılır.

Birinci mərtəbənin otaqlarının bir qismində təmir işləri planlaşdırılır. İkinci mərtəbədəki qovşaqların yenilənməsi və mövcud iş otağında yeni qovşaqların qurulması nəzərdə tutulub. Üçüncü mərtəbədə isə pilləkən divarlarınn boyanması və s. nəzərə alınıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google